Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Tələbə Elmi Cəmiyyətinin hesabat - seçki konfransı keçirildi
SDU-da Tələbə Elmi Cəmiyyətinin hesabat - seçki konfransı keçirildi

Dekabrın 22-də  Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin hesabat - seçki konfransı  keçirildi. Konfransı Elm və İnnovasiyalar üzrə prorektor professor  Ramazan Məmmədov açaraq ali təhsil ocağının hərtərəfli inkişafından, TEC-in fəaliyyətindən, əhəmiyyətindən və bu işdə tələbələrin rolundan danışdı.  Bildirdi ki, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasını, elmi axtarışlar aparılmasını və əlaqələndirilməsini Tələbə Elmi Cəmiyyəti layiqincə yerinə yetirir. Bu da tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxartmaq və onlarda elmə maraq oyatmaq üçün bir stimuldur. Bu gün  Azərbaycan Respublikası  özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük  uğurlar qazanılır. Ulu öndər Heydər Əliyevin  başladığı islahatları uğurla həyata  keçirən  Prezident cənab İlham  Əliyev  həmişə  təhsilin inkişafını diqqət mərkəzində saxlayır və bu, hal-hazırda  təhsilimizin inkişafının prioritet istiqamətlərindəndir. Məhz dövlətin gənclərə  göstərdiyi dəstək və diqqət Azərbaycan gəncliyində özünə, gücünə və istedadına inam hissini artırır. Bu gün tələbələrimiz beynəlxalq  və elmi konfranslarda  uğurlu çıxışları ilə universitetimizin, dövlətimizin  şərəfini ucaldırlar. Prorektor onu da qeyd etdi  ki, universitetimiz dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edir. Bu müqavilələr çərçivəsində birgə layihələr yerinə yetirilir, tələbə – müəllim mübadilələri həyata keçirilir, birgə konfranslar və işçi görüşlər təşkil olunur. Bununla yanaşı, universitetimiz bir sıra beynəlxalq assosiasiyaların da üzvüdür. Professor Ramazan Məmmədov  çıxışının sonunda bütün tələbələrə uğurlar arzuladı və  yeni seçiləcək heyətə xoş arzularını çatdırdı. 
TEC-in Şura sədri Zəmilə Abdullayeva TEC-in illik hesabatı barədə ətraflı məlumat verdi. Konfransda universitet üzrə TEC-in rəhbəri dosent İslam Paşayev TEC-in fəaliyyətinin uğurlarından bəhs edərək bildirdi ki,  gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Elə TEC-in  başlıca məqsədi istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Dosent İslam Paşayev çıxışında  tələbələrə elmi işlə ciddi məşğul olmağı tövsiyə etdi.  
Konfransda Riyaziyyat fakültəsindən Ofeliya Səfərova, Fizika və elektroenergetika fakültəsindən Tofiq Adıgözəlov, Kimya və biologiya fakültəsindən Günel Rəhimova,  Mühəndislik fakültəsindən Amirə Quluzadə, Tarix və coğrafiya fakültəsindən Turkan Yıldız, İqtisadiyyat və idarəetmə fakültəsindən Saleh Musayev, Filologiya fakültəsindən Vüsal Şəbizadə  çıxış etdilər.
Konfrans işini TEC-in Şura üzvlərinin seçkisi ilə yekunlaşdırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az