Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor açıq dərsdə
Rektor açıq dərsdə

Tədris proqramlarının yenilənməsi, pedoqoji kadrların hazırlanması sistemi, tədris kurslarının məzmunu islahat prosesinin kiçik atributlarıdır. Azərbaycan Respublikasında təhsil sahəsində qəbul olunan İslahat Proqramının bir istiqaməti kimi həyata keçirilən kurikulum islahatı təhsil sistemində geniş tətbiq olunmağa başlamışdır və qeyd etmək lazımdır ki, bu sahədə artıq böyük uğurlar əldə edilmişdir.
Davamlı inkişafa və biliklərin tətbiqinə yönəlmiş  nəticəyönümlü xarakter daşıyan proqram milli mənəvi dəyərlərə yiyələnmiş, müasir həyata hazır olan şəxsiyyətin formalaşmasına xidmət edir. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 saylı qərarı ilə ümumi təhsil pilləsinin dövlət standartları ( kurikulumları) təsdiq edildi.
17 dekabr 2014-cü il tarixində SDU-nun Fizika və Elektroenergetika fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasında “Kurikulumun əsasları” fənni üzrə planalşdırma növləri mövzusunda 543-cü qrup tələbələrinin iştirakı ilə kafedranın dosenti Zərifə Dəmirovanın açıq dərsi keçirildi. Açıq dərsdə universitetin rektoru, dosent Elxan Hüseynov, Qiyabi, distant, əlavə təhsil üzrə prorektor Qafar Atayev, rektorun məsləhətçisi Ulduz Ağayev, fakültə dekanı, dosent Tamella Əhmədova, fakültə metodkomissiyasının sədri, dosent Aşura Həşimova, kafedra müdiri, dosent Fuad Məmmədov iştirak etdilər. Açıq dərsdə dərs ləvazimatı olaraq təlimin müasir keyfiyyətləri, proyektor, interaktiv lövhə, flepçat, markerlərdən, rəngli stikerlər, A3 vərəqlərdən istifadə olundu.
Açıq dərs fəal dərs şəklində keçirildi. Bu dərsdə mimio lövhədən istifadə olunmaqla, iş forması olaraq qruplarla iş görüntülərinin təsviri verilməklə, iş üsulu kimi əqli hücum, müzakirə, müşahidə, təcrübələrin aparılması kimi üsullardan istifadə edildi. İnformasiyanın mübadiləsi və müzakirəsindən sonra tələbələrlə qarşılıqlı dialoqla ümumiləşdirilmələr aparıldı və qiymətləndirmə ilə dərs yekunlaşdı.
Dərsdə tələbələrin qısa müddət ərzində Zərifə Dəmirovanın keçdiyi dərsləri asanlıqla qavradıqları, interaktiv lövhədən də sürətlə istifadə etmələri Elxan Hüseynovun  böyük diqqət və marağına səbəb oldu. Rektor Zərifə Dəmirovanın apardığı açıq dərsdən çox məmnun oldu və arzu etdi ki, universitetin digər müəllimləri də bu cür təcrübədən istifadə etsinlər.
Tələbələr dərsin gedişindən razı qaldılar və iştirakına görə universitetin rektoruna minnətdarlıq etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az