Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əldə etdiyim nailiyyətlərə görə müəllimlərimə borcluyam
Əldə etdiyim nailiyyətlərə görə müəllimlərimə borcluyam

SDU-dan başlanan yol: Uğur marafonu 
Dekabrın 3-də Karyera Mərkəzi növbəti təlim keçirdi “ SDU-dan başlanan yol: Uğur marafonu” adlanan layihəsinin  ilk qonağı  Filologiya fakültəsinin 2015-2016-cı il məzunu olmuş  Reduco Tədris Mərkəzinin Şəmkir filialının direktoru Nurlan Səmədli  gənc yaşlarında qazandığı uğur hekayəsi haqqında fikirlərini tələbələrlə bölüşdü.Söylədi ki, uğur qazanmaq üçün insanda özünə inam olmalıdır. Nurlan Səmədli Reduco Tədris Mərkəzi haqqında qısa məlumat verərək  qeyd etdi  ki, Şəmkir filialı Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır. Reduco Tədris Mərkəzi dünyanın bir sıra nüfuzlu təhsil ocaqları ilə əməkdaşlıq edir, həmçinin IELTS-in ölkə üzrə 5 rəsmi imtahan mərkəzindən biridir. Eyni zamanda ACCA, Pearson kimi beynəlxalq dərəcəli imtahanların da rəsmi imtahan hüququ Reduco TM-nə məxsusdur.Əldə etdiyim nailiyyətlərə,karyerada qazandığım uğurlara görə müəllimlərinə, universitetin rektoru  professor Elxan Hüseynova minnətdarlıq edən Nurlan Səmədli həyatda hər kəsin uğur qazanmaq şansının olduğunu bildirdi.Vurğuladı ki,onun uğur marafonu məzunu olduğunu Sumqayıt Dövlət Universiteti ilə bağlıdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az