Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Karyera quruculuğunda könüllülüyün rolu” mövzusunda seminar keçirildi
“Karyera quruculuğunda könüllülüyün rolu” mövzusunda seminar keçirildi

Peşəkar kadrların hazırlanması qarşıda duran ən vacib məsələdir
Dekabrın 3-də Karyera Mərkəzinin təşkilatçılığı ilə "Sağlam düşüncə" gənclər təşkilatının idarə heyətinin üzvü Ramiz Əliyevin "Karyera quruculuğunda könüllülüyün rolu" mövzusunda seminar keçirdi. Seminarı Karyera Mərkəzinin müdiri  Zahid  Bünyadov açaraq  layihənin əhəmiyyətindən danışdı,  düzgün karyera planlaşdırmağın əsas amillərini qeyd etdi,bildirdi ki, müasir dövrdə uğurlu karyera quranların bir çoxu məhz könüllülük fəaliyyəti ilə başlamışlar. Bunun üçün də siz gənclər gələcəkdə quracağınız karyera  bizim -yəni SDU-nun adı ilə bağlı olacaq.  Biz istəyirik ki, tədrisi və təcrübəni çox mükəmməl səviyyədə mənimsəyəsiniz gələcək karyeranızın təməlini  burada müəyyənləşdirəsiniz. Bunun üçün də tanınmış  ziyalıları dəvət edirik. Bu gün“Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Ramiz  Əliyev ” Karyera quruculuğunda könüllülüyün rolu" mövzusundakı çıxışı sizin marağınıza səbəb olacaq. Ramiz Əliyev Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsində təhsil alıb. 2003-cü ildən Sumqayıt şəhərindən ən fəal gənc kimi UNİCEF-in yeniyetmə və gənclər proqramına cəlb edilib. 2004-2005-ci illərdə könüllü əsaslarla UNİCEF-in Sumqayıtdakı Resurs Mərkəzinin rəhbəri olub. 2006-cı ildə Sumqayıt şəhərində “Sağlam Düşüncə” Gənclər Təşkilatını təsis edib, fəaliyyəti çərçivəsində 50-dən çox yerli və beynəlxalq layihələrin müəllifi olub, 30-dan çox ölkədə təşkil edilən 80-dən çox tədbirdə təlimçi və ekspert qismində çıxış edib. ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Prezident Cənab İlham Əliyevin 2016-cı sərəncamı ilə “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüşdür.
Tədbirdə Ramiz Əliyev  bildirdi ki, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.Dövlətimizin başçısı cənab İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bu məqsədlə təhsil sahəsində kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyaların öyrənilməsi və tətbiqi ölkənin hərtərəfli inkişafında mühüm amil kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq”. “Sağlam Düşüncə” Gənclər Təşkilatının məqsədi  gənclərdə Sağlam Düşüncə ailəsi formalaşdırmaqdır. Tədbirin tələbələri maraqlandıran sualların təlimçi tərəfindən cavablandırması ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az