Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi
“Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi

Noyabrın 22-də universitetimizdə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Bir” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirildi.
Tədbiri proqramın assistenti Canoğlan İlyasov açaraq  “Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətindən danışdı  və bildirdi ki, bu proqram Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdı. Proqramın həyata keçirilməsində məqsəd tələbələrə könüllülüyün məqsəd və məramının aşılanması, təbliğat - təşviqat işlərinin aparılması, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsidir.
Daha sonra tələbələrimiz “Bir” Tələbə-Könüllü Proqramında qazandıqları təcrübədən danışdılar, könüllülük həyatı barədə təəssüratlarını bölüşdülər.
Həmçinin ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında könüllülərin vəzifə, öhdəlik və əldə etdikləri bacarıqlar barədə söz açıldı. Tədbir viktorina və müsabiqələrlə davam etdirildi.
Sonra tələbələr üçün altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az