Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Enactus beynəlxalq proqramina qoşuldu
SDU Enactus beynəlxalq proqramina qoşuldu

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə noyabrın 4- dən 5-dək  "Royal Hotel"də "Gənc Azad Sahibkarlıq Fəaliyyətində" İB-nin "Enactus" Beynəlxalq Proqramı üzrə növbəti görüş keçirildi. Görüşdə digər ali məktəblərin komandaları ilə yanaşı, universitetimizin “Enactus” komandası iştirak etdilər. Qeyd edək ki, Azərbaycan bu proqrama 2005-ci ildən etibarən qoşulmuşdur. Enactus proqramı çərçivəsində hər il ənənəvi olaraq Azərbaycanın qabaqcıl iş adamları və dövlət qurumu nümayəndələri ilə tələbələrin görüşü keçirilir. Enactus proqramının məqsədi - Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində tələbə-gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Əvvəlcə tələbələr və şirkətlərin nümayəndələri arasında geniş müzakirələr aparıldı sonra bir çox layihələrin icrası üçün əməkdaşlıq əlaqələri quruldu.
Universitetimizin Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Tofiq Adıgözəlov “Həmişəyaşılın möcüzəsi” adlı layihə ilə çıxış etdi.  Təqdim olunan layihə şirkət nümayəndələri tərəfindən müsbət qarşılandı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az