Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Amerika səfirliyindən dəvət olunmuş Meri Katerinin başçılığı ilə ingilis dili müəllimləri üçün təlim keçirildi
SDU-da Amerika səfirliyindən dəvət olunmuş Meri Katerinin başçılığı ilə ingilis dili müəllimləri üçün təlim keçirildi

Universitetin 3-cü tədris korpusunda Xarici dillər kafedrasında  ABŞ-dan  “İngilis dilli gənc” proqramı üzrə dəvət olunmuş  Meri Katerinin başçılığı ilə noyabr 3-dən 4-dək  ingilis dili müəllimləri üçün təlim keçirildi. Təlimdə ingilis dilinin tədrisində kommunikativ üsuldan istifadə edilməsinə ümumi baxış oldu.Meri Katerin ingilis dilinin tədrisindən bəhs edərək qrupda tələbələrin dərsə marağını necə artırmaq, dərsi daha interaktiv və kommunikativ üsulla necə idarə etməkdən danışdı və təlimin sonunda iştirakçılara öz fərdi kommunikativ tapşırıqlarını qurmaq şansı verdi.
Artıq qeyd etdiyimiz kimi təlimlər 2 gün keçirildi. Birinci gündə müəllimlər ingilis dilinin tədrisi zamanı interaktiv üsuldan geniş şəkildə istifadə etməyin yolları ilə tanış oldular. Onlar həmçinin qruplarla iş və korporativ öyrənmə zamanı interaktiv üsulun inkişafı üçün müxtəlif növ strategiyalar ilə tanış oldular. Bundan əlavə, təlimdə qrammatikanın tədrisi, söz ehtiyatının toplanması və digər bacarıq və vərdişlərin əldə olunması barədə məlumat verdilər.
İkinci gündə iştirakçılara daha geniş materiallar paylanıldı və sinifdə tədrisin keyfiyyətini, uşaqların dərsə marağını artırmağın üsul və vasitələrindən söhbət açıldı.
Təlimin sonunda Xarici Dillər kafedrasının müdiri professor Nigar İsgəndərova çıxış edərək Meri Katerina öz minnətdarlığını bildirdi və bu cür təlimlərin mütəmadi keçiriləcəyini vurğuladı. O, həmçinin bu cür təşəbbüsün həyata keçirilməsində Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun böyük rolu olduğunu qeyd etdi və ona kollektiv adından təşəkkürünü bildirdi. Sonda Meri Katerin iştirakçılara sertifikat təqdim etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az