Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Danışıq klubu tələbələrin inkişafına təkan verəcək amillərdəndir
Danışıq klubu tələbələrin inkişafına təkan verəcək amillərdəndir

Tələbələrimizin inkişafı üçün universitetimizdə mükəmməl şərait yaradılmışdır.
Fulbright proqramının əsas məqsədi – tələbələrin dünya görüşünü inkişaf etdirmək, onların ingilis dili biliklərini daha da artırmaqdır.  Bu məqsədlə Fulbright ETA proqramının təmsilçisi Keyla Morton Filologiya fakültəsində danışıq klubu təşkil etmişdir. Danışıq klubu Amerikanın öyrənilməsinə marağı olan və inglis danışıq dili bacarıqlarını inkişaf etdirmək istəyən tələbələr üçün həmişə açıqdır. Klubda dərslər oyun şəkilində mahnı oxumaq vasitəsi ilə keçilir. Bundan əlavə, danışıq klubunda müxtəlif mövzular ətrafında müzakirələr aparılır. Dərslər həftədə iki dəfə keçilir (bazar ertəsi və cümə günü saat 12:30-da). Bir saat ərzində tələbələr Amerikanın mədəniyyəti və amerikalıların maraq dairəsi barədə müzakirələr aparırlar. Ümumilikdə danışıq klubunun məqsədi – ingilis danışıq dilinin inkişafına köməklik etməkdir.
“İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil alan birinci, ikinci və üçüncü kurs tələbələrinin əldə etdikləri bilikləri təcrübədə tətbiq etmələri məqsədilə ayrıca danışıq klubu keçirilir.  Məsələn: üçüncü kurs tələbələri üçün təşkil olunmuş danışıq klubunun gedişatı zamanı, tələbələr müxtəlif üsullarla öz fikirlərini ifadə etmək bacarığını mənimsəmişlər. Tələbələrə “Şəxsiyyət, hobbi və maraqlar” mövzusunda yeni sözlər təqdim olunmuşdu. Tələbələr “Özüm haqqında” mövzusunda inşa və dialoq hazırlamışlar. Danışıq klubun növbəti mövzusu “Amerikada tələbə həyatı” mövzusu idi. Tələbələr fəal iştirak edib suallar verir, özlərini Amerikalı tələbələrlə müqayisə edirdilər. Bundan əlavə, tələbələr amerika və Azərbaycan tələbələrinin  oxşar və fərqli cəhətlərini öyrənmişlər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az