Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ESFİDİP layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim-seminar
ESFİDİP layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim-seminar

“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) TEMPUS layihəsi çərçivəsində oktyabrın 18-də tələbələrimiz üçün təlim-seminar keçirildi. Seminarda  layihənin  SDU üzrə  koordinatoru, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov çıxışında tələbələrə əlillik, əlilliyi olan tələbələrlə etik davranış və düzgün ünsiyyət, inkluziv təhsil, ESFİDİP TEMPUS layihəsi, Əlilliyi olan tələbələr üçün Mərkəz və könüllülük haqqında ətraflı  məlumat verdi. Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı və tələbələrin sualları cavablandırıldı.
Qeyd edək ki, təlim-seminarda 22  nəfər tələbə və Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşları  iştirak edirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az