Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEMPUS UNİVİA layihəsi çərçivəsində seminar
TEMPUS UNİVİA layihəsi çərçivəsində seminar

İyunun 17-də TEMPUS UNİVİA “Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişafı və təkmilləşdirilməsi” layihəsi çərçivəsində universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi, Xarici dillər kafedrasının müəllim heyəti üçün seminar təşkil olundu. Seminarda layihənin SDU üzrə kordinatoru, Xarici dillər kafedrasının müdiri professor Nigar İskəndərova geniş təqdimatla çıxış edərək bildirdi ki,  görüşün keçirilməsində məqsəd layihənin 3 illik müddətində görülən işlər və İspaniyanın Santiago de Compostela Universitetində təşkil olunmuş seminarın nəticələrini müzakirə etməkdir. Professor layihə çərçivəsində görülən işlər, İngiltərənin Uorvik Universitetinə, Naxçıvan Dövlət Universitetinə işçi səfərlərindən və layihənin universitetimiz üçün əhəmiyyətindən danışdı, bildirdi ki, TEMPUS UNİVİA layihəsinin  məqsədi çevik mexanizmlərlə işləyən, Avropa təcrübəsinə əsaslanan yeni BƏŞ-in yaradılması, Xarici tələbələr üçün beynəlxalq mühitin yaradılması, Xarici tələbələrin sayının artırılması, dünyada nüfuzlu olan QS, Şanxay, Vobometriks kimi reytinq cədvəllərinə daxil olmaqdır.
Professor Nigar İskəndərova yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün layihə çərivəsində işlənən mexanizmlər, beynəlxalq siyasət sənədi, strategiya sənədi  haqqında ətraflı məlumat verdi həmçinin, İspaniyanın Santiaqo de Compostela Universitetindəki təəssüratlarını həmkarıları ilə bölüşdü. Sonda layihə heyətinin suallarını cavablandırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az