Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimiz “ENGLİSH FİRST” təhsil mərkəzi ilə əməkdaşlıq edir
Universitetimiz “ENGLİSH FİRST” təhsil mərkəzi ilə əməkdaşlıq edir

İyun ayının 16-da bir qrup tələbə və işçi heyətimiz “English First” Təhsil Mərkəzi tərəfindən SDU ilə əməkdaşlıq çərçivəsində dərəcə sertifikatlarına layiq görüldülər. Qeyd edək ki, ilkin mərhələdə tələbə və əməkdaşlarımız məhz universitetimiz üçün nəzərdə tutulmuş online test portalına daxil oldular, sistemdə dinləmə, mətn oxuma mərhələsindən keçib dərəcə aldılar. Dərəcə müəyyənləşdirmə testində Tarix və coğrafiya, Filologiya fakültələrinin tələbələri  fəallıq nümayiş etdirdilər.
Məlumat üçün bildirək ki, EF Təhsil Mərkəzi dünyanın bir çox təşkilatlarının akreditasiyasına layiq görülərək, beynəlxalq dərəcəli sertifkat təqdim etmək hüququna malikdir. Bunlar arasından British Council (UK), NEAS, EAQUALS, ACCET kimi nüfuzlu təşkilatların adlarını qeyd etmək olar.
SDU və EF Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bu test və sertifikatlar ödənişsiz nəzərdə tutulmuşdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az