Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS + LPEB layihəsi üzrə növbəti seminar
ERASMUS + LPEB layihəsi üzrə növbəti seminar

İyunun 16-da universitetimizdə ERASMUS+ LPEB layihəsi üzrə növbəti seminar keçirildi. Avropa və Beynəlxalq İnkişaf şöbəsinin müdir müavini Sebastyan Leoncel və CNAM institutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Olivye Faron əvvəlcə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayevlə görüşərək layihə haqqında  fikir mübadiləsi apardılar.
Sonra qonaqlar Fizika və elektroenergetika fakültəsində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla tanış oldular.
Avropa və Beynəlxalq İnkişaf şöbəsinin müdir müavini Sebastyan Leoncel və CNAM institutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Olivye Faronun iştirakı ilə keçirilən seminarda  tərəfdaş universitetlərdə  binaların enerji və ekoloji səmərəlilik üzrə yeni ixtisasların açılması  və layihə çərçivəsində görüləcək işlərin müzakirəsi aparıldı.Qeyd edək ki, müddəti 36 ay olan  Avropa Birliyinin ERASMUS+LPEB layihəsində (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekologiya səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavr) Azərbaycan, Rusiya və Çin iştirak edir. Layihə Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə və distant təhsil formatında aparılır. Avropanın 9 universitetində həyata keçirilən layihədə Azərbaycandan üç universitet: Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir. Layihə ilə bağlı binaların inşası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, istilik təchizatı Azərbaycan Texniki Universitetinə, enerji təchizatı isə  Sumqayıt Dövlət Universitetinə həvalə olunması təklifi irəli sürüldü.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov, şöbənin əməkdaşı Samirə Məmmədova və Fizika və elektroenergetika fakültəsinin dosentləri Aşura Həşimova, Gülağa Əsgərov, Şikar Məmmədov, texnika üzrə fəlsəfə doktorları Sevil Abdullayeva, Nadir Hacıbalayev,  Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin inspektoru Namiq Hüseynovun iştirakı ilə baş tutan görüş qarşılıqlı müzakirə şəklində davam etdirildi.
Qeyd edək ki, görüşün məqsədi layihə heyəti ilə müsahibə aparmaq, CV-ləri ilə yaxından tanış olmaq, oktyabrda Fransada keçiriləcək iki həftəlik təlimə seçim etmək idi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az