Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Elmi Konfrans keçirildi
"Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Elmi Konfrans keçirildi

Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “AZƏRKİMYA” İstehsalat Birliyi, AMEA-nın Polimer Materialları İnstitutunun birgə təşkilatçılığı  ilə “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Konfrans öz işinə başladı.
Öncə SDU-nun rektoru E. Hüseynov konfrans iştirakçılarını salamladı və Təşkilat Komitəsinin həmsədrlərini- Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayevi, AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizovu, Bakı Ali Neft Məktəbinin prorektoru, professor Ramiz Hümbətovu təqdim etdi.
Rektor çıxışında bildirdi ki, son illər təbiətdə baş verən ciddi dəyişikliklər, katoklizmlər, ətraf aləmdə gedən ekoloji proseslər alimlərimizi düşündürən aktual problemlərdəndir. Ekoloji tarazlığın qorunub saxlanılması, yaşıllıqların salınması, ətraf aləmin mühafizəsi müasir dövrümüzün prioritet məsələsidir. Məlumdur ki, insan öz zəruri təlabatını təbiətdən alır. Məhz buna görə də yaşamaq uğrunda apardığımız mübarizədə təbiətlə birgə olmalı, ona ziyan vurmadan təbii tarazlığı qorumalıyıq. Ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsini gücləndirmək insanların sağlam və uzunömürlü olmasına xidmət edir.
Rektor vurğuladı ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter almışdır. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma      tədbirləri     aparılmışdır.  Bu silsilə tədbirlərin davamı olaraq 2010-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Ekologiya ili çərçivəsində müxtəlif tədbirlər həyata keçirilmiş, əhali arasında maarifləndirmə    işləri  gücləndirilmişdir. 
Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayev isə çıxışında ekoloji problemləri yaradan əsas səbəblər kimi neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasını göstərdi.
Bildirdi ki, bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Lakin bununla yanaşı, hələ də bəzi görüləsi işlər vardır. Belə ki, Bakı və ətraf ərazilərin başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Azərbaycanda  ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, son illər mili parklar yaradılmış, qoruqların ərazisi genişləndirilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az