Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtda Amerika Mədəniyyət Günləri
Sumqayıtda Amerika Mədəniyyət Günləri

Ölkəmizdə Amerika Günləri festivalı keçirildi. Festivalın keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı əlaqələri genişləndirməkdir. Qeyd edək ki, festival iştirakçıları ölkəmizin bir çox bölgələrində konsert proqramı ilə çıxış etdi.
Səfirliyin Sumqayıtda mayın 17-də təşkil etdiyi Amerika Günləri çərçivəsində konsert proqramında Nyu-Yorkun “Silver City Bound” qrupu bluz, rok və klassik amerika mahnılarını ifa etdilər.
Konsertdə SDU-nun Filologiya fakültəsinin dekan müavini Alik Abdullayev, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, baş müəllim Dilarə Kərimova, müəllim Kəmalə Yəhyayeva “Xarici dil müəllimliyi” ixtisasında təhsil alan 976-cı qrup tələbələri konsertdə iştirak etdilər. Tələbələr Amerika incəsənət nümunələri ilə tanış oldular. Silver City Bound qrupunun Azərbaycan musiqiçiləri ilə birgə ifa etdikləri musiqi nömrələri izləyicilərdə xüsusi coşqu yaratdı.
Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, ABŞ-n Bakıdakı Mədəniyyət üzrə nümayəndəsi, Attaşe Emi Peterson bu səpkidə konsert proqramının universitetimizdə də təşkil olunmasının nəzərdə tutulduğunu bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az