Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "Xaricdə təhsilin karyerada imkanları" mövzusunda maarifləndirici görüş keçirildi
Yerləşdirilmə tarixi : 24 Aprel 2026 17:27
SDU-da "Xaricdə təhsilin karyerada imkanları" mövzusunda maarifləndirici görüş keçirildi
Aprelin 24-də Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsilin karyerada imkanları” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyevin açılış nitqi ilə başlayıb. O, xaricdə təhsil almanın tələbələrə beynəlxalq təcrübə qazandırmaqla yanaşı, karyera imkanlarını genişləndirdiyini vurğulayıb. Sonra İstanbul Texnik Universitetinin məzunu, təlimçi Ahmet Dolu xaricdə təhsil almanın faydaları haqqında danışıb. O, uyğun ölkə və proqram seçimini necə etməli olduqları, təqaüd və maliyyə imkanlarından necə faydalana biləcəkləri, CV və motivasiya məktubunun necə gücləndiriləcəyi barədə məsləhətlər verib. Ahmet Dolu həmçinin xaricdə təhsil almanın tələbələrə yalnız akademik biliklər qazandırmadığını, eyni zamanda beynəlxalq iş bazarına uyğun bacarıqların inkişaf etdirilməsinə şərait yaratdığını qeyd edib. İnteraktiv formatda keçirilən görüşdə iştirakçılar suallar verərək xaricdə təhsil almağın karyera inkişafına təsirini və bu təcrübənin onlara hansı faydalar gətirə biləcəyini daha ətraflı öyrəniblər.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az