Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “WUF13”lə bağlı seminar keçirilib
Yerləşdirilmə tarixi : 21 Aprel 2026 11:38
SDU-da “WUF13”lə bağlı seminar keçirilib
Aprelin 20-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ilin mayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Şəhərlərin transformasiyası: smart texnologiyalar və rəqəmsal iqtisadiyyat” mövzusunda elmi seminar keçirilib. Seminar, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Zəhra Rzayevanın spikerliyi ilə işinə başladı. Spiker, müasir şəhərsalma texnologiyalarında sürətli inkişafla ayaqlaşan struktur və idarə olunmada köklü dəyişikliklərin zərurətə çevrildiyini bildirdi. Bugünkü elmi seminarda onu şərtləndirən amillərdən söhbət açılacağı vurğulandı. Mövzunu çıxışı ilə davam etdirən Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Çiçək Nəcəfova gələcəyin şəhərləri üçün rəqəmsal iqtisadiyyatın prioritet istiqamətlərindən bəhs etdi. Qeyd olundu ki, bu modeldə əsas resursların idarə olunması rəqəmsal platformalar üzərindən həyata keçirilir və elektron ticarət, onlayn bankçılıq, rəqəmsal xidmətlər, süni intellekt modelin əsas elementləridir. Fakültənin dekanı, dosent Loğman Abdullayev tələbələri aktual mövzuda seminar təşkil etdiklərinə görə təbrik etdi. Şəhərlərdə əhali artımının qlobal problemə çevrildiyi vurğulandı. Məsələnin həllinin nəqliyyat, enerji, təhlükəsizlik və digər sahələrdə rəqəmsal idarəolunmadan keçdiyi bildirildi. O da qeyd olundu ki, “ağıllı şəhər” modelində insan amili əsas prioritet kimi çıxış edir və şəhərlərin transformasiyası müasir dövrün əsas inkişaf istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizdə keçiriləcək “WUF13”ün beynəlxalq şəhərsalma yanaşmalarına mühüm töhfələr verəcəyinə inam ifadə olunub. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az