Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan multikulturalizmi dünyanın nəzərində
Azərbaycan multikulturalizmi dünyanın nəzərində

Aprelin 17-də universitetimizin Ritorika Universal Klubu və Sumqayıt şəhər Mərkəzi kitabxanasının M.Ə. Rəzulzadə adına 2 saylı filialı ilə birgə “Azərbaycan multikulturalizmi dünyanın nəzərində” mövzusunda dəyirmi masa keçirdilər.
Tədbirdə AMEA-nın dissertantı, şərqşunas, Tarixi Araşdırmalar Qurumunun həmtəsisçiləri, “Birlik.az” və “Xəbərlik.az”saytının rəhbəri Vüsal Hətəmov və  tarixçi Anar Hüseynov, tarix elmləri üzrə araşdırmaçı yazar Habil Məhərrəmov, Sumqayıt Dövlət Universiteti Ritorika Universal Klubun sədri Ümid Cavid və klubun həmçinin kitabxananın işçi heyəti və oxucuları iştirak etdilər.
Tədbiri böyük kitabxanaçı Şərəf Əliyeva açaraq bildirdi ki, Prezident cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Multikulturalizm çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Tarixi Araşdırmalar Qurumunun əməkdaşları da çıxışlarında bildirdilər ki, bu ölkədə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli din və dil mənsubları  ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu  müxtəlif  xalqların azad,  sərbəst yaşaması və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzunəsrlik tolerantlıq mühiti formalaşıb. Bu mühitin abu- havası yüzillərdir ki, xalqların nəfəsliyinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü firavan və azad  hiss edir.
Tədbirin sonunda mövzu ilə  bağlı suallar cavablandırldı

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az