Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz "Ulduzlara doğru: Gənclər zirvəsi"ndə iştirak ediblər
Yerləşdirilmə tarixi : 15 Aprel 2026 15:28
Tələbələrimiz "Ulduzlara doğru: Gənclər zirvəsi"ndə iştirak ediblər
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə “Ulduzlara doğru: Gənclər zirvəsi” adlı elmi-maarifləndirici tədbir keçirilib. Tədbir Tusi-Bohm Planetariumda baş tutub. Müasir texnologiyalarla təchiz olunmuş bu məkanda iştirakçılar astronomiya sahəsinə dair maraqlı məlumatlar əldə edərək yeni biliklər qazanıblar. Fizika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr elmi müzakirələrdə yer alaraq kosmik tədqiqatların aktual istiqamətləri barədə məlumat əldə edib, nəzəri biliklərini daha da möhkəmləndiriblər.
Sonra “Kainata doğru” sənədli filmi nümayiş olunub. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az