Sumqayıt Dövlət Universitetində (SDU) abituriyentlərin ali təhsil seçimi zamanı düzgün istiqamətləndirilməsi məqsədilə təşkil olunan “Açıq qapı” günləri başa çatıb. Aprelin 9-dan etibarən universitetdə Sumqayıt şəhərində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün silsilə görüşlər təşkil olunub. Görüş çərçivəsində şagirdlər universitetin təhsil imkanları, fakültə və ixtisasları, eləcə də beynəlxalq əməkdaşlıqları barədə məlumatlandırılıb. Onlar universitetlə yaxından tanış olmaq məqsədilə Heydər Əliyev Mərkəzində, müxtəlif fakültələrdə, auditoriya və laboratoriyalarda, həmçinin Kitabxana-İnformasiya Mərkəzində olublar. Bundan əlavə, şagirdlər tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitet ərazisində yaradılmış şahmat lövhəsi, süni örtüklü futbol, voleybol və basketbol meydançaları, stolüstü oyun guşələri ,“Tələbə evi” və açıq səma altında Tədris muzeyi ilə yaxından tanış olublar. Qeyd olunub ki, universitetdə rəqs və qiraət üzrə özfəaliyyət dərnəkləri, eləcə də debat-natiqlik klubu fəaliyyət göstərir. Bununla yanaşı, idmanın müxtəlif növləri (şahmat, futbol, badminton, stolüstü tennis, atçılıq, qılıncoynatma və s.) üzrə mütəmadi olaraq yarışlar təşkil edilir. Sonda məktəb nümayəndələri ənənəvi olaraq keçirilən “Açıq qapı” günlərinin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)