Sumqayıt Dövlət Universiteti THE Impact Rankings 2025-də ilk uğurunu qazandı
Sumqayıt Dövlət Universiteti ilk dəfə olaraq dünyanın nüfuzlu Times Higher Education (THE) Impact Rankings 2025 reytinqində iştirak etmiş və dünyanın aparıcı universitetləri arasında 1501+ sıralamasında qərarlaşaraq mühüm beynəlxalq nailiyyətə imza atmışdır. Bu reytinq universitetlərin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə töhfələrini ölçməklə onların qlobal miqyasda ətraf mühitə təsirini dəyərləndirir.
Universitet 4 DİM üzrə daha yüksək nəticələr əldə edib:
DİM 4 – Keyfiyyətli təhsil: 801–1000 aralığında
DİM 7 – Sərfəli və təmiz enerji: 601–800 aralığında
DİM 13 – İqlim dəyişikliyinə qarşı mübarizə: 601-800 aralığında
DİM 15 – Torpaq ekosistemlərinin mühafizəsi: 301–400 aralığında
Bu nəticələr Sumqayıt Dövlət Universitetinin tədris, tədqiqat və ictimai fəaliyyət sahələrində dayanıqlılıq prinsiplərinə sadiqliyini və beynəlxalq standartlara cavab vermək bacarığını bir daha təsdiq edir.
.jpg)