Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ağqoyunlu dövlətinin banisi
Ağqoyunlu dövlətinin banisi

Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ağqoyunlu dövlətinin banisi, sərkərdə və dövlət xadimi Uzun Həsən bəy haqqında aprelin 9-da dəyirmi masa keçirildi.
Tarix və coğrafiya fakültəsinin müəllimi Samir Kərimli çıxışında bildirdi ki, Azərbaycan tarixində müstəsna xidmətləri olan dövlət xadimi Uzun Həsən Ağqoyun Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm yer tutur. Oğuz tayfalarından olan Ağqoyunluların soykökü " Kitabi – Dədə Qorqud ” qəhrəmanı Bayandur xana gedib çıxır. Orta əsrlərdə Ağqoyunlular çox geniş bir ərazidə məskunlaşmışdılar. Bu əraziyə Cənubi Qafqazda Qafqaz dağları ilə Araz çayının arası, Göyçə gölünün ətrafı, Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri daxil idi.
Samir Kərimli onu da vurğuladı ki,  XV yüzillik xalqımızın tarixində ən keşməkeşli, siyasi hadisələrlə zəngin və mü¬rək¬kəb dövrlərdən biri olmuşdur. Məhz həmin yüzilliyn başlanğıcında Azər¬¬baycan torpaqları ya¬delli əsarətindən azad edilmiş və oğuz-türk ənənə¬lə¬rinə söykənən milli dövlətçiliyimiz bər¬pa olunmuşdu. Bu dövrdə Azərbaycan Qa¬raqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranmasında və möhkəmlənməsində mühüm əməyi olan, dövrünün tanınmış dövlət xadimləri və sərkərdələri olan Qara Yusif və Uzun Həsən kimi tarixi şəxsiyyətlər Azərbaycanın qonşu döv¬lətlərlə qarşılıqlı münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində əhəmiyyətli rol oynamışlar. XV yüzillik Azərbaycanın Qərbi Avropa ölkələri, eləcə də Yaxın Şərq dövlətləri ilə qarşılıqlı-siyasi, iqtisadi və mədəni əlaqələrinin daha sıx inkişaf etdiyi bir dövr-dür. Məhz bu dövrdə diplomatiya tariximizdə əvəzsiz xidmətləri olan, Şərqin ilk diplomat qadını Sara Xatun oğlu Uzun Həsəni hakimiyyətə gətirdi.Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan dilinə çevirtdirmişdir.
Sonra çıxış üçün söz alan I kurs tələbələri Hüseyn Kərimov, Kənan Qubadov, Aidə Əsədova, Əli Mirzəyev, III kurs tələbəsi İbrahim Zeynallı Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin Azərbaycan tarixindəki xidmətlərindən bəhs etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az