Sumqayıt Dövlət Universitetində Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib
Martın 16-da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının önündə Novruz bayramına həsr olunmuş bayram tədbiri və konsert proqramı keçirilib.
Tədbiri SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq professor-müəllim heyətini və tələbələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, mart ayı xalqımız üçün xüsusi əhəmiyyət daşıyan bayramlarla zəngindir və bu günlər cəmiyyətimizdə həmrəylik, xeyirxahlıq və birlik kimi dəyərlərin möhkəmlənməsinə xidmət edir. Əminağa Sadıqov çıxışında qeyd edib ki, 2025-ci il Sumqayıt Dövlət Universitetinin tarixində ən yadda qalan illərdən biri olub. Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, dünya universitetlərinin reytinqində mövqeyinin yaxşılaşması, qəbul zamanı tələbə sayının rekord səviyyədə artması və universitetdə sağlam akademik mühitin formalaşması əldə olunan mühüm nailiyyətlər sırasındadır. Əminağa Sadıqov vurğulayıb ki, bu uğurların əsasını fədakar müəllim əməyinin nəticəsi təşkil edir və təhsilin keyfiyyəti ilk növbədə müəllimlərin fəaliyyəti ilə müəyyən olunur. Bununla yanaşı, Ə.Sadıqov təhsil müəssisəsində mərkəzdə duran əsas fiqurun tələbə olduğunu diqqətə çatdıraraq qeyd edib ki, universitetin nüfuzu və cəmiyyətdə formalaşan imici tələbələrin əldə etdiyi nəticələrlə birbaşa bağlıdır. O, tələbələri yaxşı təhsil almağa, həm universitet daxilində, həm də cəmiyyət qarşısında nümunəvi davranış nümayiş etdirməyə çağırıb. Çıxışında Novruz bayramının milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi yer tutduğunu qeyd edən Əminağa Sadıqov bildirib ki, bu bayram xalqımızın qədim ənənələrindən biri kimi insanları mehribanlığa, paylaşmağa və dostluq münasibətlərinə səsləyir. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Novruz bayramına hər zaman xüsusi diqqət göstərilib və milli adət-ənənələrin dövlət səviyyəsində qeyd olunmasına geniş imkan yaradılıb. Bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor, Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mədəni irsimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işləri xüsusi vurğulayıb. Ə.Sadıqov həmçinin müasir dövrdə süni intellekt, rəqəmsal informasiya və yeni texnologiyalar sahəsində baş verən dəyişikliklərə diqqət çəkərək gənclərin bu yenilikləri mənimsəməsinin və onların yaradılmasında fəal iştirak etməsinin vacibliyini bildirib. O, universitet kollektivinə və tələbələrə bayram münasibətilə xoşbəxtlik, cansağlığı və uğurlar arzulayıb. Tədbir bədii proqramla davam edib. Proqram çərçivəsində SDU-nun “Səma” rəqs qrupunun ifasında “Vətən” kompozisiyası təqdim olunub, Dədə Qorqud və Bahar qızının iştirakı ilə səhnəcik nümayiş etdirilib, bayram tonqalı qalanıb. Daha sonra Kosa və Keçəlin çıxışı, tələbələrin ifasında “Reyhani” saz havası və digər maraqlı səhnələr təqdim edilib. Bayram tədbiri çərçivəsində konsert proqramı da təşkil olunub. Proqramda qonaq müğənnilər Mirzə Bağırov, Hicran Əhmədova və Roza Kərimli öz ifaları ilə iştirakçılara xoş anlar yaşadıblar. Rəngarəng musiqi nömrələri və milli çalarlarla zəngin proqram universitet kollektivində yüksək bayram əhval-ruhiyyəsi yaradıb.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)