Sumqayıt Dövlət Universitetində IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı görüş keçirilib
Martın 16-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində tələbə və məzunlarla görüş keçirilib.
Tədbiri universitetin Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev açaraq iştirakçıları salamlayıb. O, “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənclərin peşəkar inkişafında mühüm rol oynadığını, onların praktiki bacarıqlarını inkişaf etdirərək dövlət idarəçiliyi sahəsində təcrübə qazanmalarına imkan yaratdığını vurğulayıb. Sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Nigar Kərimli təqdimatla çıxış edərək təcrübə proqramının mərhələləri, proqram çərçivəsində nəzərdə tutulan fəaliyyət sahələri və əsas tərkib hissələri haqqında iştirakçılara məlumat verib. Nazirliyin əməkdaşı Tural Adıgözəlov isə bildirib ki, “Rəqəmsal gələcək” şüarı altında həyata keçirilən proqram 4 ay müddətində davam edəcək. Proqram çərçivəsində seçilmiş iştirakçılar nazirliyin müxtəlif struktur bölmələrində və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər. Görüş interaktiv müzakirələrlə davam edib. Tədbirdə iştirak edən tələbə və məzunlar qeydiyyat prosesi, seçim mərhələləri və proqramın gələcək karyera imkanları ilə bağlı suallar ünvanlayaraq onları maraqlandıran məsələlər barədə ətraflı məlumat əldə ediblər.

.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)