Şəhid məzun Elnur Səmədovun doğum günündə ailəsi ziyarət olunub
Martın 11-də Sumqayıt Dövlət Universitetinin kollektivi və bir qrup tələbəsi universitetin Mühəndislik fakültəsinin məzunu, şəhid Elnur Səmədovun doğum günü münasibətilə ailəsini ziyarət edib, məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarətdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə də iştirak edib. Ziyarət zamanı çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov şəhid Elnur Səmədovun Vətən torpaqlarının müdafiəsi uğrunda göstərdiyi igidlikdən qürur duyduqlarını bildirib. O qeyd edib ki, universitetin məzunu olan Elnur Səmədov şərəfli həyat yolu, vətənpərvərliyi və qəhrəmanlığı ilə gənc nəsillər üçün örnəkdir. Prorektor vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim uca tutulur və onların əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək. Görüş zamanı şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Elnur Səmədovla daim qürur duyduqlarını bildiriblər. Qeyd edək ki, 2-ci Əfsanəvi Taborun qrup komandiri, baş kəşfiyyatçı leytenant Elnur Səmədov 2014-cü ilin avqust döyüşlərində, 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində xüsusi şücaət göstərib. O, 2022-ci il sentyabrın 13-də Kəlbəcər istiqamətində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Elnur Səmədov Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)