Fevralın 11-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayevə ICB (Global Certificate in Advanced Bookkeeping) və ICFM (The Institute of Certified Financial Managers) təşkilatlarına üzvlük diplomu təqdim edilmişdir. Diplomu Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld təntənəli şəkildə təqdim etmişdir. Bu əlamətdar hadisə münasibətilə Loğman müəllimi və İqtisadiyyat və idarəetmə fakültəsinin bütün kollektivini səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Qeyd edək ki, Loğman Abdullayev yaxın gələcəkdə Böyük Britaniyanın London şəhərində ICB və ICFM-in baş ofisində keçiriləcək rəsmi təqdimat mərasimində iştirak etmək üçün dəvət almışdır. Ənənəyə uyğun olaraq, bu tədbir çərçivəsində maliyyə və mühasibatlıq sahəsində beynəlxalq səviyyəli peşəkarlar arasında fikir mübadiləsi aparılır, təcrübə paylaşılır və sahənin aparıcı mütəxəssisləri mükafatlandırılır.
.jpg)