Sumqayıt Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə universitetin və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında təşkil olunan voleybol yarışı uğurla başa çatıb. Fevralın 11-dən start götürən turnir iki gün davam edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda hər biri 7 nəfərdən ibarət olmaqla ümumilikdə 6 komanda iştirak edib. Oyunlar zamanı komandalar yüksək əzmkarlıq, komanda ruhu və peşəkarlıq etdiriblər. Turnirin sonunda sabit və inamlı oyunu ilə seçilən Təbiət elmləri fakültəsinin komandası bütün rəqiblərini qabaqlayaraq qalib gəlib. Riyaziyyat fakültəsinin komandası ikinci, Filologiya fakültəsi isə üçüncü yeri tutub. Yarışların keçirilməsi universitet əməkdaşları arasında sağlam həyat tərzinin təbliği, kollektiv münasibətlərin möhkəmləndirilməsi və idman ənənələrinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edib.