Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov imtahan prosesini izləyib
Yerləşdirilmə tarixi : 05 Yanvar 2026 17:02
SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov imtahan prosesini izləyib
 Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb. Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı imzaladığı müvafiq əmrə əsasən, sessiya yanvarın 31-dək davam edəcək. Yanvarın 5-də Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov imtahan prosesini izləyib. İmtahan zallarında yaradılan şəraitlə tanış olan Əminağa Sadıqov imtahan suallarını nəzərdən keçirib, nəzarət mexanizmlərinin düzgün tətbiq olunmasına diqqət yetirib. O, tələbələrlə səmimi söhbət apararaq imtahan prosesi ilə bağlı onların rəy və təkliflərini dinləyib, qiymətləndirmənin şəffaf və obyektiv keçirilməsinin universitet rəhbərliyinin zəmanət verdiyini vurğulayıb. O, professor-müəllim heyətinə və imtahan prosesində iştirak edən məsul şəxslərə üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməyi tapşırıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az