Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrarası voleybol yarışının qalibləri mükafatlandırılıb
Yerləşdirilmə tarixi : 24 Dekabr 2025 17:21
Tələbələrarası voleybol yarışının qalibləri mükafatlandırılıb
Dekabrın 24-də Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbələrarası voleybol yarışının final mərhələsi keçirilib. SDU Tələbə Həmkarlar İttifaqı Komitəsi və universitetin İdman klubunun birgə təşkilatçılığı ilə baş tutan yarış tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Oyunların nəticələrinə əsasən I yerə Təbiət elmləri fakültəsinin, II yerə Tarix və coğrafiya fakültəsinin, III yerə isə Mühəndislik fakültəsinin komandası layiq görülüb. Mükafatlandırma mərasimində çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəylik rəmzi olduğunu vurğulayıb. O, il ərzində universitetdə müxtəlif elmi, mədəni və idman yönümlü tədbirlərin təşkil olunduğunu qeyd edərək, tələbələrarası voleybol yarışının final mərhələsinin də bu silsilənin tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu kimi yarışlar həmrəyliyin, komanda ruhunun və sağlam rəqabət mühitinin gücləndirilməsinə xidmət edir. Sonda qalib komandalar Fəxri fərman və mükafatlarla təltif olunublar.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az