Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bir müəllim – bir tələbə” adlı seminar
Yerləşdirilmə tarixi : 22 Dekabr 2025 16:47
“Bir müəllim – bir tələbə” adlı seminar
 Dekabrın 22-də Riyazi analiz və diferensial tənliklər kafedrasının təşkilatçılığı ilə “Bir müəllim – bir tələbə” adlı seminarlar seriyasının ikinci elmi seminarı baş tutdu. Seminarı Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva açaraq bildirdi ki, bu formatda keçirilən elmi seminarlar ali təhsildə fərdi yanaşmanı gücləndirən, elmi potensialın üzə çıxarılmasına xidmət edən səmərəli akademik modeldir. Bu seminarlar həm müəllim, həm də tələbə üçün çoxşaxəli üstünlüklər yaradır. Elmi rəhbər dosent Xəlil Alıyevin rəhbərliyi ilə hazırlanan məruzəni Riyaziyyat fakültəsinin III kurs tələbəsi Güldəstə Məmmədova təqdim edib. O, “Ehtimal nəzəriyyəsində qərarvermədə kənara çıxmalar” mövzusu üzrə apardığı tədqiqat nəticələrini təqdim edib. Müəllimlərin və tələbələrin suallarını cavablandırıb. Sonra Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova, Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova və digər müəllimlər çıxış edərək, belə seminarların tələbələrin elmi tədqiqat bacarıqlarının inkişafı və onlar arasında keyfiyyətli elmi mühitin yaradılması baxımından vacib olduğunu vurğulayıblar. Sonda isə tələbəyə uğurlu iştirakına görə təşəkkürnamə təqdim olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az