Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Həyəcanını idarə et, biliyini göstər” mövzusunda maarifləndirici təlim
Yerləşdirilmə tarixi : 19 Dekabr 2025 17:21
“Həyəcanını idarə et, biliyini göstər” mövzusunda maarifləndirici təlim

 Dekabrın 19-da Sumqayıt Dövlət Universitetinin Psixoloji Xidmət Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Həyəcanını idarə et, biliyini göstər” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimi giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova tələbələri salamlayaraq Psixoloji Xidmət Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Dosent çıxışında imtahandan öncə yaranan narahatlıq və stressin psixoloji əsaslarına toxunaraq, psixoloq dəstəyi ilə bu həyəcanın idarə olunmasının mümkün olduğunu vurğulayıb. Bildirib ki, təlimin əsas məqsədi tələbələrdə imtahan stressinin elmi və praktik əsasları barədə biliklərin formalaşdırılması, eyni zamanda akademik fəaliyyət zamanı meydana çıxan gərginliyin effektiv şəkildə idarə olunmasına dair psixoloji bacarıqların inkişaf etdirilməsidir. Sonra Psixoloji Xidmət Mərkəzinin psixoloqu Fidan Əliyeva imtahan zamanı yaranan stressin səbəbləri, onu artıran əsas düşüncə amilləri və stressin idarə olunması yolları barədə məlumat verib. O, müasir psixoloji tədqiqatlara istinad edərək imtahan öncəsi və imtahan zamanı tətbiq oluna bilən effektiv stress idarəetmə üsullarından bəhs edib. Təlim çərçivəsində tələbələrə nəfəs texnikaları, pozitiv düşüncə strategiyaları, özünə inamın artırılması kimi praktik metodlar izah olunub. Eyni zamanda iştirakçılarla interaktiv müzakirələr aparılıb, praktiki tapşırıqlar yerinə yetirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az