Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Məzunlarla uğurlu yol” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Yerləşdirilmə tarixi : 17 Dekabr 2025 16:27
“Məzunlarla uğurlu yol” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Dekabrın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və Məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Məzunlarla uğurlu yol” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Bu dəfə ki, qonaq SDU-nun Filologiya fakültəsinin məzunu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova olub. Tədbiri giriş nitqi ilə açan Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Anar Dünyamalıyev çıxışında universitetin uğurlu məzunlarından olan Günay Əkbərovanın təhsil yolu və əldə etdiyi nailiyyətlər barədə məlumat verib.Qeyd edib ki, onun həyat hekayəsi gənclər üçün mühüm motivasiya mənbəyi olmaqla yanaşı, təhsilin insan həyatında oynadığı əvəzsiz rolu bir daha aydın şəkildə nümayiş etdirir. Sonra Günay Əkbərova “Xarici dil öyrənmənin gələcək karyerada rolu və sürətli öyrənmə strategiyaları” mövzusunda çıxış edib. O, müasir əmək bazarında xarici dil biliklərinin artıq əlavə üstünlük deyil, hər bir gənc üçün zəruri bacarıq olduğunu qeyd edib. Məruzəçi tələbələri xarici dili təkcə akademik məqsəd üçün deyil, şəxsi inkişaf, beynəlxalq kommunikasiya və qlobal karyera imkanlarına açılan bir vasitə kimi dəyərləndirməyə çağırıb. Günay Əkbərova həmçinin sürətli və effektiv öyrənmə metodlarından da söz açaraq mütəmadi təkrarın, dilin gündəlik həyatda aktiv istifadəsinin, xarici dildə dinləmə və oxu vərdişlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin dil öyrənmə və dinləmə üçün istifadə oluna bilən müasir tətbiqlər barədə iştirakçılara məlumat verib. Tədbir interaktiv şəkildə davam edib.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az