Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da EMTA-nın “Energy Talks” layihəsi çərçivəsində maarifləndirici görüş
Yerləşdirilmə tarixi : 08 Dekabr 2025 15:23
SDU-da EMTA-nın “Energy Talks” layihəsi çərçivəsində maarifləndirici görüş

 Dekabırın 8-də Sumqayıt Dövlət Universitetində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib. Tədbiri SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, universitetdə tələbələrin dünyagörüşünü genişləndirən belə görüşlər mütəmadi keçirilir. Enerji sahəsinin müasir çağırışlarla zəngin olduğunu vurğulayan prorektor bu kimi tədbirlərin tələbələrin bilik və bacarıqlarının inkişafı üçün vacib olduğunu bildirib. Sonra EMTA-nın Mətbuat sektorunun müdiri Zeynab Kazımova çıxış edərək layihənin məqsədindən danışıb. O, agentlikdə SDU məzunlarının da çalışdığını bildirərək iki qurum arasında əməkdaşlığın davamlı olmasının önəmini qeyd edib. Daha sonra EMTA-nın Dövlət proqramları və strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Lətifova “Elektroenergetika sektoruna ümumi baxış”, Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev “Elektroenergetika sektorunun liberallaşdırılması üzrə beynəlxalq təcrübə”, Layihələrlə iş sektorunun müdiri Şahin Məhərrəmli isə Enerji effektivliyi fondunun fəaliyyəti” mövzularında təqdimatla çıxış ediblər. Çıxışlarda enerji sektorunda həyata keçirilən hədəflər, mövcud normativ-hüquqi baza, elektrik enerjisi bazarının liberallaşdırılması, enerji bazarının əsas subyektləri, şəbəkələrin gücləndirilməsi istiqamətində görülən işlər və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib. İnteraktiv şəkildə davam edən görüş zamanı Mühəndislik fakültəsinin tələbələrinin sualları EMTA əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az