Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrarası stolüstü tennis yarışı keçirildi
Yerləşdirilmə tarixi : 08 Dekabr 2025 09:11
Fakültələrarası stolüstü tennis yarışı keçirildi
 Dekabırın 6-da Sumqayıt Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə fakültələrarası stolüstü tennis yarışı keçirilib. Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov açaraq bildirib ki, belə idman yarışları tələbə həyatının daha motivasiyalı olmasına mühüm töhfə verir. Universitetdə idmanın inkişafı tələbələrin fiziki hazırlığının möhkəmləndirilməsi ilə yanaşı, onların sosial fəallığının artırılmasına da xidmət edir. Yarışda Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət komanda iştirak edib. Yarışın nəticələrinə əsasən, I yerə Təbiət elmləri, II yerə Mühəndislik fakültəsi, III yerə isə Sumqayıt Dövlət Texniki Kollecin komandası layiq görülüb. Sonda qaliblərə sertifikatlar təqdim edilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az