Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İki əsr davam edən vəhşət
İki əsr davam edən vəhşət

Sumqayıt Gənclər kitabxanasında universitetimizin Ritorika Klubunun təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “İki əsr davam edən vəhşət” adlı dəyirmi masa keçirildi. Tədbirdə Tarixi Araşdırmalar  Qurumunun rəhbəri Ramin Əlizadə, qurumun təsisçi müavini Anar Hüseynov, təsisçi Bəşir Şirinov, Şahin Əliyev, universitetin filologiya fakültəsinin müəllimi Əli Rzazadə, tarix fakültəsinin tələbələri və 12 saylı tam orta məktəbin şagirdləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  26 mart 1998-ci il fərmanı ilə hər il 31 mart tarixinin “Azərbaycanlıların soyqırım günü” kimi elan olunduğunu və bununla da Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə - soyqırıma tarixdə ilk dəfə olaraq siyasi qiymət verildiyini söylədi. Daha sonra Sona Eminova azərbaycanlıların məhz azərbaycanlı olduqları üçün məhv edilməsi niyyətilə Bakıda törədilmiş qətliamın erməni daşnak quldurları Əmiryan, Lalayan, Amazasp və Şaumyanın başçılığı ilə Şamaxıda, Qubada, Xaçmazda da təkrar olunduğunu, yüz minlərlə günahsız insanın qanına qəltan edildiyini bildirdi. Tarixi Araşdırmalar Qurumunun rəhbəri Ramin Əlizadə, Anar Hüseynov,  Bəşir Şirinov, Şahin Əliyev, filologiya fakültəsinin müəllimi Əli Rzazadə mövzu ətrafında geniş çıxış etdilər. Ermənilərin dırnaqarası «Böyük Ermənistan» yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda zaman-zaman Azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qətllər, soyqırımı aktlarından danışıldı. Bildirildi ki, bu qanlı tarix qısa fasilələrlə 20-ci əsrdə dəfələrlə təkrarlanıb. Tədbir “Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?”, “ 1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?”, “Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?” sualları ərtafında müzakirələrlə davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az