Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Konstitusiya və Suverenlik ilinə həsr olunmuş maarifləndirici seminar keçirilib
Yerləşdirilmə tarixi : 07 Noyabr 2025 16:09
Konstitusiya və Suverenlik ilinə həsr olunmuş maarifləndirici seminar keçirilib
 Noyabrın 7-də Riyazi analiz və differensial tənliklər kafedrası ilə Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş seminar keçirilib. Seminarı Riyazi analiz və differensial tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva açaraq tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, 2024-cü ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə, milli dəyərlərin və vətəndaş məsuliyyətinin təbliğinə verilən yüksək diqqətin göstəricisidir. Fəlsəfə, politologiya və sosiologiya kafedrasının dosenti Əminə Həsənova “Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali qanunudur” mövzusunda məruzə ilə çıxış edib. O, Konstitusiyanın dövlət idarəçiliyində, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığını, bu sənədin hər bir vətəndaş üçün hüquqi bələdçi olduğunu vurğulayıb. Karyera və Məzunlarla İş Mərkəzinin müdiri Anar Dünyamalıyev isə “Tələbələrin əmək bazarına hazırlanması və əmək hüquqları” mövzusunda çıxış edərək gənclərin gələcək peşə fəaliyyətinə hazırlaşmasında hüquqi biliklərin və əmək qanunvericiliyinin düzgün mənimsənilməsinin vacibliyini qeyd edib. Riyaziyyat fakültəsinin müəllimləri Kəmalə Ağamalıyeva “Sosial təminat hüququ”, Leyla Şadlinskaya isə “Gənclərin təhsil hüququ” barədə təqdimatla çıxış edərək təhsil hüququnun mahiyyəti, bərabər təhsil imkanlarının təmin edilməsinin önəmindən bəhs ediblər. Sonda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova seminarın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib, belə maarifləndirici tədbirlərin tələbələrin hüquqi savadlılığının formalaşmasında mühüm rol oynadığını qeyd edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az