SDU-da mediasiya ilə bağlı görüş keçirilib
						
					
					
					
					
					
						 Noyabrın 3-də Sumqayıt Dövlət Universitetinin (SDU) İnsan resursları şöbəsinin və Mediasiya Şurasının Sumqayıt 1 saylı mediasiya təşkilatının birgə təşkilatçılığı ilə görüş keçirilib. Görüşdə universitetin müəllim və tələbə heyəti ilə yanaşı, Sumqayıt 1 saylı mediasiya təşkilatının direktoru Etibar Həsənov və həmin təşkilatın mediatorları Kamal Mustafayev, Humay Əlibəyli iştirak ediblər. Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq qonaqları və iştirakçıları salamlayıb.O, çıxışı zamanı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. Bu ilin eyni zamanda, bir sıra əlamətdar hadisələrə - Konstitusiyanın qəbulunun 30 illiyinə, Vətən müharibəsində Qələbənin 5 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu əlamətdar il münasibətilə SDU-da silsilə tədbirlər həyata keçirilir və Sumqayıt 1 saylı mediasiya təşkilatı ilə keçirilən bu görüş də həmin tədbirlər silsiləsinin tərkib hissəsidir. Prorektor həmçinin ölkəmizdə həyata keçirilən mediasiya islahatlarından bəhs edib, bu sahədə maarifləndirmənin və biliklərin artırılmasının vacibliyini qeyd edib. Sumqayıt 1 saylı mediasiya təşkilatının direktoru Etibar Həsənov çıxışı zamanı mediasiyanın mahiyyəti, tətbiq sahələri və üstünlükləri barədə danışıb. O, ailə, əmək, biznes və digər sahələrdə mediasiya prosedurunun tərəflər arasında qarşılıqlı anlaşmanı gücləndirdiyini, mübahisələrin sülh yolu ilə həllinə şərait yaratdığını vurğulayıb. Həmçinin mediasiyaya müraciət qaydaları və bu prosesin üstün cəhətləri barədə ətraflı məlumat verib.
Görüşdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 Görüşdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.