Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Riyaziyyat çarxı: əsrarəngiz isbatlar” adlı elmi seminar təşkil olunub
Yerləşdirilmə tarixi : 01 Noyabr 2025 12:19
“Riyaziyyat çarxı: əsrarəngiz isbatlar” adlı elmi seminar təşkil olunub
 Oktyabrın 31-də Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Riyaziyyat çarxı: əsrarəngiz isbatlar” adlı elmi seminar keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri kafedranın müdiri, dosent Məftun Heydərova açaraq seminarın məqsədi və əhəmiyyətindən danışıb. Bildirib ki, riyaziyyat yalnız hesablamalar toplusu deyil, həm də məntiq, analitik düşünmə və yaradıcı təfəkkürün vəhdətidir. Bu cür seminarlar tələbələrin elmi fəaliyyətə marağını gücləndirir, müstəqil düşünmə və məntiqi nəticə çıxarma bacarığını formalaşdırır. Seminarın qonağı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Dördnişanlı” fəxri fərman mükafatçısı və “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, Bakı Mühəndislik Universitetinin Riyaziyyat-informatika kafedrasının baş müəllimi Bəhman Qüdsi “Əsrarəngiz isbatlar” mövzusunda təqdimatla çıxış edib. O, riyaziyyatda isbatların müxtəlif yanaşmalarını sadə və maraqlı nümunələr əsasında izah edib, iştirakçılarla interaktiv müzakirələr aparıb. Bəhman Qüdsi həmçinin tələbələr arasında yarışlar keçirərək qaliblərə mükafatlar təqdim edib. Seminarın sonunda fakültə dekanı, dosent Xalidə Həsənova çıxış edərək tədbirin təşkilinə görə Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının professor-müəllim heyətinə və maraqlı məruzəsinə görə Bəhman Qüdsiyə təşəkkürünü bildirib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az