Noyabrın  15-də 2014-cü ildə Sumqayıt Dövlət Universitetində iməclik keçirildi.
  Yaşıllıqlara  dövlət səviyyəsində qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sosialyönümlü siyasətinin əsas sahələrindən biridir. Yeni-yeni yaşıllıqların  salınmasını ekologiyanın qorunmasında ən mühüm amil sayan ölkə başçısının “Bakı  şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər” haqqında Sərəncamında da  paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın estetik zövqlə tərtib edilməsi  istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub.
  Eyni zamanda,  bu ilin noyabr ayından başlayaraq ölkəmizdə Heydər Əliyev Fondunun  vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün  təsisçisi Leyla Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyasına start  verilib. Respublikamızın hər bir güşəsində çoxlu ağaclar, gül kollarının  əkilməsinə başlanılıb. Yaşıllıq həyatdır, orqanizmimizin sağlamlığı, uzun ömür  deməkdir.
  Sumqayıt  Dövlət Universitetinin rektoru Elxan Hüseynovun təşəbbüsü ilə universitetin  bütün kollektivi, professor-müəllim heyəti ali təhsil ocağının ətrafında  səliqə-səhmanla çoxlu ağaclar əkərək, ozon qatı döşəyərək, gübrələr verərək  yaşıllaşdırmaya xüsusi gözəllik bəxş etdilər. 
  Universitetimizdə  “Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır,  ekologiyanın qorunmasında ən mühüm amildir” devizi altında keçirilən iməclik bayram  əhval ruhiyyəsi ilə başa çatdı.
Mətbuat xidməti