Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Almaniyada beynəlxalq seminarda iştirak etmişlər
Əməkdaşlarımız Almaniyada beynəlxalq seminarda iştirak etmişlər

Martın 20-27 tarixlərində TEMPUS proqramı çərçivəsində “İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko sisteminin kosmik vasitələrlə monitorinqi sahəsində ali təhsilin təkmilləşdirilməsi” layihəsinin Almaniyada növbəti seminarı keçirilmişdir. Seminarda Sumqayıt Dövlət Universiteti tərəfindən Tədrisin təşkili və təlim texnologiyaları işləri üzrə prorektor, dosent  Natiq Talıbov, Qiyabi, Distant və Əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev (layihənin meneceri), Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev Berlin Texniki Universitetdə təşkil olunmuş “Ali təhsil müəssisələrində proseslərin idarə edilməsi” mövzusunda çıxış etmişlər. 
Təlimin birinci günü London Brunel Universitetinin əməkdaşı Dr.Tatyana Kolqanova “Keyfiyyətə nəzarət – Avropa ittifqının Ali Məktəblər sistemində özünü yoxlamaların meyarları və üsulları”, ikinci günü “Avropa İttifaqı universitetlərin stukturu nailiyyətə aparan yoldur”,üçüncü günü Potsdam Universitetinin əməkdaşı Dr. İrina Slot “Mədəniyyətlərarası ünsiyyət, biznes etikası”, Masir TRIZ Akademiyasının Beynəlxalq Mərkəzinin professoru Mixayel Orlov kursun dördüncü günü “İnnovativ problemlər – mühəndislər və innovatorlar üçün həlli yolları” mövzusunda çıxış etmişlər.

Qeyd edək ki, layihə çərçivəsində Humbolt Universitetində ali məktəbin rəhbərliyi ilə işçi görüş keçirilmişdir. Layihə iştirakçıları sertifikatla təltif olunmuşlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az