Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun alimi Qazaxıstanda Beynəlxalq tədbirlərdə uğurla çıxış edib
Yerləşdirilmə tarixi : 22 Oktyabr 2025 17:38
SDU-nun alimi Qazaxıstanda Beynəlxalq tədbirlərdə uğurla çıxış edib
Sumqayıt Dövlət Universitetinin (SDU) Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva 16–20 oktyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasına ezam olunaraq bir sıra mühüm tədbirlərdə iştirak edib. Səfər çərçivəsində o, Xəzəryanı Dövlətlərin Universitetləri və Tədqiqat Mərkəzləri Assosiasiyasının “Xəzər ekosistemi: elm və təhsilin inteqrasiyası” mövzusunda keçirilən XXVII Baş Assambleyasında iştirak edərək, həmçinin X. Dosmuxamedov adına Atırau Universitetinin 85 illik yubileyinə həsr olunmuş tədbir və elmi konfransda çıxış edib. Konfransın plenar iclasında dosent Xəyalə Seyfullayeva məruzə ilə çıxış edərək Qazaxıstan, Rusiya, Polşa, Fransa, İran və Türkmənistandan olan alimlərlə fikir mübadiləsi aparmış, gələcək beynəlxalq əməkdaşlıqlar üçün səmərəli əlaqələr qurmuşdur. Səfər zamanı O, Atırau Universitetində Azərbaycan xalqının tarixini və mədəniyyətini əks etdirən otaqla tanış olub. Daha sonra Xəyalə Seyfullayevanın “Riyaziyyat və riyaziyyatın tədrisi metodikası” kafedrasında iki dildə – ingilis dilində “Üçlaylı lövhələrin rəqsləri tənliyi üçün optimal idarəetmə məsələləri” və rus dilində “Təhsil, elm və istehsalın inteqrasiyası şəraitində müasir mühəndis hazırlama texnologiyası” mövzularında elmi seminarları təşkil olunub. Həmçinin kafedranın professor-müəllim heyəti ilə gələcək əməkdaşlıq istiqamətləri birgə məqalələrin çapı, onlayn elmi seminarların təşkili və müştərək dərslərin hazırlanması müzakirə olunub. O, həmçinin bir neçə dərsdə iştirak edərək tədris prosesi ilə də yaxından tanış olub. Qeyd edək ki, beş günlük bu səfər elmi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi və yeni ortaq layihələrin planlaşdırılması baxımından məhsuldar və faydalı olub.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az