Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti “Peşəkar Mühasib Sertifikatı”na layiq görülüb
Yerləşdirilmə tarixi : 22 Oktyabr 2025 11:50
SDU-nun dosenti “Peşəkar Mühasib Sertifikatı”na layiq görülüb

 Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının dosenti Dilarə Əmiraslanova Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən iki mərhələli imtahanı uğurla verərək, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” na layiq görülüb. Bu nailiyyət həm universitetimizin akademik heyəti, həm də tələbələr üçün böyük bir motivasiya və peşəkarlıq nümunəsidir. Universitet adından Dilarə Əmiraslanovanı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az