Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SOCAR –ın “Gənc İstedadlar Proqramı – 2026” ilə bağlı infosessiya keçirilib
Yerləşdirilmə tarixi : 15 Oktyabr 2025 14:57
SOCAR –ın “Gənc İstedadlar Proqramı – 2026” ilə bağlı infosessiya keçirilib
 Oktyabrın 15-də Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” ilə bağlı infosessiya keçirilib.
Tədbiri SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev açıb. O, tədbir iştirakçılarını salamlayaraq proqramının əhəmiyyətindən danışıb. Tələbələrə bu imkandan yararlanmağı tövsiyə edərək, proqramın təqdim etdiyi təcrübə və təlim imkanlarının gələcəkdə onların uğuruna mühüm töhfə verəcəyini vurğulayıb. Sonra SOCAR-ın İşə qəbul şöbəsi İnsan resursları üzrə aparıcı mütəxəssisi Rəşad Ələkbərov “Gənc İstedadlar Proqramı – 2026” ilə bağlı geniş təqdimatla çıxış edib. O, proqramın iştirakçılara təqdim etdiyi üstünlüklər, müraciət və seçim prosesi, təcrübə müddəti ərzində görüləcək işlər və əldə olunacaq bacarıqlar, qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verib. Şirkətin həyata keçirdiyi digər layihələr, eləcə də SOCAR-da gənc mütəxəssislərə göstərilən dəstək və yanaşma barədə danışıb. Sonra proqram çərçivəsində SOCAR-da işlə təmin olunmuş gənclərin həyat və karyera uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda proqramla bağlı tələbələrin çoxsaylı suallarını cavablandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az