Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsinin dosenti Qazaxıstanda Yay Məktəbində ekspert kimi iştirak edib
Yerləşdirilmə tarixi : 14 Oktyabr 2025 17:56
Mühəndislik fakültəsinin dosenti Qazaxıstanda Yay Məktəbində ekspert kimi iştirak edib
Oktyabrın 6-dan 10-dək Sumqayıt Dövlət Universitetinin Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri dosent Tünzalə Babayeva Qazaxıstan Respublikası Torayqırov Universitetində “Avrasiya İqlim Danışıqları” Yay Məktəbində ətraf mühitin qorunması və dayanıqlı inkişaf, Təbii resursların idarə edilməsi və İqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi mövzularında mühazirə oxuyub, ekspert kimi iştirak edib. Tədbir çərçivəsində iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi mövzularında fikir mübadiləsi aparılıb. Səfər zamanı Torayqırov Universitetinin rəhbərliyi ilə də görüş keçirilib, tələbə-müəllim mübadiləsi, ikili diplom, birlikdə tədqiqat işlərin aparılması müzakirə olunaraq, universitetin Təbiət elmləri fakültəsinin dekanı və professor müəllim heyəti ilə fikir mübadiləsi aparılıb. Görüş zamanı dosent Tünzalə Babayeva Kimya mühəndisliyi və ekologiya kafedrasının tədris və tədqiqat işləri barəsində məlumat verib.
Yay məktəbində iştirakına etdiyinə görə Tünzalə Babayevaya sertifikat verilmişdir.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az