Fakültələrdə tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə görüşlər keçirilib
Oktyabr ayında Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində mövcud ixtisasların tədris planları və təhsil proqramlarında aparılan yeniliklərə dair görüşlər təşkil olunub.
Əsas məqsəd universitetdə tədris olunan ixtisasların əmək bazarının real tələbləri ilə uyğunlaşması, təhsil proqramlarının məzmun baxımından zənginləşdirilməsi və müasir dövrün çağırışlarına cavab verən yeni fənlərin tədrisə daxil edilməsidir. Eyni zamanda, müasir pedaqoji və peşəkar kadrların hazırlanması prosesində işəgötürənlərin iştirakı və onların təkliflərinin nəzərə alınması tədbirin prioritet istiqamətlərindən olub. Görüşlərdə təhsil proqramlarının praktik yönümlülüyünün artırılması, tələbələrin peşə bacarıqlarının inkişafı, innovativ yanaşmaların tətbiqi, əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb.