“Təhsildə Müasir Yanaşmalar” mövzusunda seminar keçirilib
Oktyabrın 4-də Sumqayıt Dövlət Universitetinində bp şirkəti ilə bağlanmış yeni məzmunlu “Kimya mühəndisliyi” magistratura proqramının yaradılması haqqında müqaviləyə uyğun olaraq Tədris Metodik Mərkəz və Kimya mühəndisliyi və ekologiya kafedrasının təşkilatçılığı ilə “Təhsildə Müasir Yanaşmalar” adlı təlim keçirilib. Tədbiri Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva açaraq tədbirin məqsədi və əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu cür təlimlər ali təhsildə pedaqoji fəaliyyətə başlamaq istəyən gənc müəllimlərin, sənayedən cəlb olunmuş mütəxəssislərin peşəkar inkişafına dəstək verməyi hədəfləyir. Tədris Metodik Mərkəzin əməkdaşı Aynurə Bağırova çıxış edərək, müasir təlim strategiyaları – dərsin planlaşdırılması, 5E modeli, tərs sinif metodu, birbaşa təlim, birgə öyrənmə, layihə və təcrübə əsaslı öyrənmə modelləri barədə məlumat verib. Sonra “SOCAR Downstream Management” MMC-nin proses mühəndisi Sənan Süleymanlı maddi balansın və enerji balansının hesablanması, distillə kalonlarının və sobaların istismarı haqqında çıxış edib.
Seminar zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seminar zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.