“TGT nədir?” adlı maarifləndirici tədbir keçirilib
Sumqayıt Dövlət Universitetində tələbələr arasında “TGT nədir?” adlı maarifləndirici tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq tələbə gənclər təşkilatları universitet həyatının ayrılmaz parçası olmaqla, tələbələrin şəxsiyyət kimi formalaşmasında, sosial aktivliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gənclərinin inkişafına böyük təkan verdiyini və onların cəmiyyətdə özünü ifadə etməsində əvəzsiz əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra Azərbaycan Tələbə Gənclər İttifaqının (ATGTİ) proqram üzrə meneceri Bəxtiyar Quluzadə çıxış edərək, təşkilatın gənclərin ictimai-sosial həyatında fəal iştirakını təmin etməklə yanaşı, onları mədəni-kütləvi tədbirlərdə aktiv olmağa, asudə vaxtlarını səmərəli və faydalı keçirməyə, həmçinin sosial əlaqələr qurmağa geniş imkanlar yaratdığını qeyd edib. Bəxtiyar Quluzadə gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən maksimum yararlanmağı və təqdim olunan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. SDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Rəvan Paşayev isə tədbirdə təşkilatın yaranma tarixi, struktur quruluşu, əsas fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib. Daha sonra tələbələr arasında viktorina keçirilib. Yarışda qalib gələn tələbələrə TGT tərəfindən hədiyyələr təqdim olunub. Tədbirin sonunda “Ayna Band” qrupunun ifasında bir-birindən maraqlı musiqilər səsləndirilib.