Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əminağa Sadıqov Heksi Universitetində təqdimatla çıxış edib
Yerləşdirilmə tarixi : 02 Oktyabr 2025 10:28
Əminağa Sadıqov Heksi Universitetində təqdimatla çıxış edib
 Sentyabrın 24-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Çin Xalq Respublikasına səfəri çərçivəsində Zhangye şəhərində yerləşən Heksi Universitetində professor-müəllim heyəti və tələbələr qarşısında təqdimatla çıxış edib. Təqdimat zamanı professor Əminağa Sadıqov SDU-nun təhsil proqramları, əsas akademik istiqamətləri, mövcud laboratoriyaları və beynəlxalq reytinqlərdə iştirakı barədə ətraflı məlumat verib. O, universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr və təşəbbüslərdən də söz açıb. O, çıxışında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq universitetdə görülən işlər, yaradılmış Dayanıqlı İnkişaf Mərkəzi, startap layihələri, beynəlxalq şəbəkələrdə üzvlük, 17 DİM üzrə həyata keçirilən fəaliyyət, təşviq olunan təşəbbüslər və qurulan tərəfdaşlıqlar barədə geniş təqdimat edib. Təqdimat tələbələr arasında böyük maraqla qarşılanıb, görüş zamanı onların çoxsaylı sualları cavablandırılıb və SDU ilə Heksi Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az