Sumqayıt Dövlət Universitetinin nümayəndələri Türkiyədə keçirilən konfransda uğurla çıxış ediblər
Sentyabrın 1 dən 4-dək Türkiyənin Samsun şəhərində yerləşən 19 Mayıs Universitetində “11th International Scientific Meeting – The Eurasian Soil Congress 2025. International Congress on Innovation in Soil Science and Plant Nutrition under Climate Change” adlı beynəlxalq elmi konfrans keçirilib. Sumqayıt Dövlət Universitetini Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri dosent Tünzalə Babayeva, baş müəllimlər Azadə Əliyeva və Rəhilə İslamzadə təmsil ediblər.
Konfransda dünyanın bir çox ölkələrindən gəlmiş alimlər torpaq elmi və bitki qidalanması sahəsində müasir problemləri və iqlim dəyişikliyinin təsirlərini müzakirə edərək innovativ elmi yanaşmaları bölüşüblər. SDU nümayəndələri də bu mövzularla bağlı çıxışlar edərək universitetin elmi tədqiqatlarını beynəlxalq auditoriyaya təqdim ediblər. Səfər çərçivəsində nümayəndələr 19 Mayıs Universitetinin kampusu, Mühəndislik fakültəsi və Araşdırma Mərkəzi ilə tanış olub, aparılan tədqiqat işləri ilə maraqlanıb qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Eyni zamanda, Konqrensin Azərbaycan üzrə tərəfdaşı baş müəllim Rəhilə İslamzadəyə Federasiya Prezidenti Ayten Namlı tərəfindən təşəkkürnamə və təltifnamə təqdim edilib.