Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Code Academy tərəfindən növbəti infosessiya keçirilib
Yerləşdirilmə tarixi : 29 Sentyabr 2025 16:09
Code Academy tərəfindən növbəti infosessiya keçirilib
Sentyabrın 29-da Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin təşkilatçılığı ilə Code Academy-nin yeni tədris ilinə başlaması münasibətilə məlumatlandırıcı görüş təşkil olunub. Tədbiri Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev açaraq Code Academy-yə seçilən tələbələri təbrik edib. O, Elm və Təhsil Nazirliyinin Code Academy ilə birgə həyata keçirdiyi layihənin əhəmiyyətindən danışaraq, tələbələrin dərslərə ödənişsiz qoşulma imkanlarının təmin olunduğunu vurğulayıb. Dosent Elşad Abdullayev tələbələrə biliklərini davamlı olaraq artırmağı və kursu ən yüksək nəticə ilə uğurla başa vurmağı tövsiyə edib. Daha sonra Code For Future layihəsinin təhsil meneceri Şəhriyar Məmmədli çıxış edərək akademiyanın fəaliyyəti, tədris proqramları və tələbələr üçün yaradılan imkanlar barədə məlumat verib. Bildirib ki, akademiyada tələbələrə real əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar öyrədilir, bu da onları gələcəkdə rəqabətqabiliyyətli və peşəkar IT mütəxəssislərinə çevirir. O, həmçinin “Süni intellekt dəstəkli proqramlaşdırma” və “Kibertəhlükəsizliyin əsasları” ixtisasları üzrə ödənişsiz təhsil imkanından bəhs edib. Tələbələrə dərslərdə daha məsuliyyətli olmalarını, bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmələrinin vacibliyini vurğulayıb. Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin verdikləri suallar Şəhriyar Məmmədli tərəfindən cavablandırılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az