Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Çində “Kəmər və Yol Universitetləri Alyansının 2025-ci il Forumu”nda iştirak edir
Sentyabrın 20–23-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Gansu əyalətinin Dunhuang şəhərində keçirilən “Kəmər və Yol Universitetləri Alyansının 2025-ci il Forumu”nda iştirak edir. Sentyabrın 21-də nümayəndə heyəti Forum çərçivəsində təşkil olunmuş “8-ci Beynəlxalq İpək Yolu Sərgisi”nin açılış mərasimində də təmsil olunub. Tədbirlərdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər və dünyanın 24 ölkəsindən 95 universitetin təmsilçiləri iştirak edirlər. Forumun əsas mövzuları ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığı, elmi-tədqiqat layihələrinin inkişafı, startap və innovasiya ekosistemlərinin yaradılması, həmçinin “Kəmər və Yol” təşəbbüsü çərçivəsində tələbələrin qarşılıqlı mübadiləsi olacaq. Professor Əminağa Sadıqov çıxış edərək vurğulayıb ki, belə forumlarda iştirak Sumqayıt Dövlət Universitetinə qlobal təhsil məkanında öz mövqeyini gücləndirməyə, beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə və universitet-sənaye əməkdaşlığını yeni mərhələyə çıxarmağa imkan verir. O qeyd edib ki, SDU-nun sənaye şəhərində yerləşməsi, universitetin innovasiyalara açıq strategiyası və regional inkişafda oynadığı rol beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradır.
Qeyd edək ki, 2016-cı ildən etibarən keçirilən sərginin təşkilatçıları Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Administrasiyası və Qansu vilayətinin Xalq Hökumətidir. Tədbir “Bir kəmər, bir yol” ölkələri arasında mədəni və akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edir
Qeyd edək ki, 2016-cı ildən etibarən keçirilən sərginin təşkilatçıları Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Administrasiyası və Qansu vilayətinin Xalq Hökumətidir. Tədbir “Bir kəmər, bir yol” ölkələri arasında mədəni və akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edir